"Haber Global": COP29 çərçivəsində maliyyələşdirmə müqaviləsinin mətni hazırlanır

"Haber Global": COP29 çərçivəsində maliyyələşdirmə müqaviləsinin mətni hazırlanır COP29 çərçivəsində maliyyələşdirmə müqaviləsinin mətni hazırlanır.
COP29
20 Noyabr , 2024 16:33
Haber Global: COP29 çərçivəsində maliyyələşdirmə müqaviləsinin mətni hazırlanır

COP29 çərçivəsində maliyyələşdirmə müqaviləsinin mətni hazırlanır.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı hazırladığı növbəti süjetdə qeyd olunub.

Bildirilib ki, bu gün COP29-un əsas mövzularından biri iqlim maliyyələşdirilməsi ilə bağlıdır:

“Həmçinin iqlim dəyişikliklərinə adaptasiya məsələsi də gündəmdədir. Onu da deyim ki, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev hazırlanan mətnin qısa və konkret olacağını bildirib. Bu, COP29 mətnini əvvəlki COP mətnlərindən fərqləndirən əsas xüsusiyyət olacaq”.

Eyni zamanda qeyd olunub ki, COP29-un sonuncu günündə əsas diqqət sözügedən mətnin hazırlanmasına yönələcək:

“Bu günün gündəmində isə nəqliyyat, turizm kimi məsələlər var. Sabah isə gender bərabərliyi, təbiət və biomüxtəliflik kimi məsələlər müzakirə olunacaq. COP29 çərçivəsində hər bir ölkə bu məsələlərlə bağlı öz layihəsini təqdim edir”.

Son xəbərlər

Orphus sistemi