"Haber Global": Fransa COP29-u "baltalamaq" üçün hər cür təxribatdan istifadə edir

"Haber Global": Fransa COP29-u "baltalamaq" üçün hər cür təxribatdan istifadə edir Azərbaycana düşmənliyi bitməyən Fransa Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) “baltalamaq” üçün hər cür təxribatdan istifadə edir.
COP29
20 Noyabr , 2024 15:21
Haber Global: Fransa COP29-u baltalamaq üçün hər cür təxribatdan istifadə edir

Azərbaycana düşmənliyi bitməyən Fransa Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) “baltalamaq” üçün hər cür təxribatdan istifadə edir.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” televiziyasının saytında dərc olunan “Məqsəd Bakını qaralamaqdır, Fransanın hədəfi Bakı iqlim zirvəsidir” sərlövhəli məqalədə yazılıb.

Müəllif Emre Öztürk qeyd edib ki, Fransanın Azərbaycana qarşı düşmənliyi bu dəfə Bakı iqlim zirvəsində üzə çıxıb: “Fransa lobbiçilik fəaliyyəti ilə məşğul oldu. Amma kəşfiyyat məlumatlarına görə, bu dövlətin bütün səyləri puça çıxdı”.

Qeyd olunub ki, qlobal kəşfiyyat xəbər yayım orqanı “Intelligence Online”ın məlumatına görə, Fransanın əsas lobbiçilik subyektlərindən biri olan “Havas” COP29-u “baltalamaq” üçün işə başlayıb: “Azərbaycanın neft ölkəsi olduğu əsas gətirilərək COP29-a ev sahibliyi etməyin düzgün olmaması barədə Avropa, ABŞ və Rusiyada lobbiçilik fəaliyyəti həyata keçirilir. Amma Azərbaycanın Cənubi Qafqazdakı təsirli diplomatiyası və iqtisadi əlaqələri nəticəsində Fransa istədiyini əldə edə bilmədi”.

Son xəbərlər

Orphus sistemi