Hikmət Hacıyev: Qafqazda iqlim dəyişikliyinin təsirləri haqqında faydalı hesabata görə UNEP-ə minnətdarıq
Hikmət Hacıyev: Qafqazda iqlim dəyişikliyinin təsirləri haqqında faydalı hesabata görə UNEP-ə minnətdarıqAzərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cənubi Qafqaz regionunda iqlim dəyişikliyinin mənfi təsirləri probleminə diqqət yetirdiyinə görə BMT-nin Ətraf Müh
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cənubi Qafqaz regionunda iqlim dəyişikliyinin mənfi təsirləri probleminə diqqət yetirdiyinə görə BMT-nin Ətraf Mühit Proqramına (UNEP) təşəkkürünü bildirib.
“Report” xəbər verir ki, bu barədə H.Hacıyev "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"COP29 iqlim konfransı ərəfəsində iqlim dəyişikliyinin daha geniş Qafqaz regionuna təsiri ilə bağlı faydalı hesabata görə UNEP-ə minnətdarıq", - o qeyd edib.
Həmçinin bildirilib ki, anomal istilər və təbii fəlakətlər intensivləşsə də, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün hələ də imkan var.
thanks to @UNEP for useful report on impacts of climate change to the wider Caucasus region ahead of COP29.
•Rising temperatures have caused glaciers in the Caucasus to retreat an average of 600m over the past century, contributing to a loss of more than 11 billion tons of… pic.twitter.com/1rpuWdt876