İtaliya rəsmisi: "Orta Dəhliz geosiyasi qeyri-sabitlik fonunda həlledici əhəmiyyətə malikdir"

İtaliya rəsmisi: "Orta Dəhliz geosiyasi qeyri-sabitlik fonunda həlledici əhəmiyyətə malikdir" Orta Dəhliz xüsusilə mövcud geosiyasi qeyri-sabitlik fonunda həlledici əhəmiyyətə malikdir.
COP29
20 Noyabr , 2024 17:17
İtaliya rəsmisi: Orta Dəhliz geosiyasi qeyri-sabitlik fonunda həlledici əhəmiyyətə malikdir

Orta Dəhliz xüsusilə mövcud geosiyasi qeyri-sabitlik fonunda həlledici əhəmiyyətə malikdir.

“Report” xəbər verir ki, bunu İtaliyanın İnfrastruktur və Nəqliyyat Nazirliyinin aparat rəhbəri Alfredo Storto COP29 çərçivəsində təşkil olunmuş “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, infrastrukturun davamlılığının və dayanıqlığının gücləndirilməsi, rəqəmsal əlaqənin və məlumat mübadiləsinin təkmilləşdirilməsi, inkişaf üçün regional əməkdaşlığın və tərəfdaşlığın təşviqi İtaliyanın təsdiq etməyə hazır olduğu birgə kommünikedə vurğulandığı kimi, Avropa və Asiya arasında əlaqədə əhəmiyyətli irəliləyişlərə nail olmaq üçün əsasdır.

"Hava və dəniz əlaqəsini artırmaqla yanaşı, avtomobildən dəmir yoluna keçid modelinə sərmayə qoymaq uzunmüddətli hədəfimiz olaraq qalmalıdır. Problem böyükdür, rəqəmsal yenilik və müvafiq maliyyə rıçaqları tələb edir. İtaliya hər iki məsələdə öz üzərinə düşəni edir. Biz dəmiryol imkanlarımızı təkmilləşdirir, limanların rəqəmsallaşdırılmasına və karbonsuzlaşmasına sərmayə qoyur, yeni və səmərəli quru liman və intermodal yük terminalları tikirik. Biz güclü və dinamik bioyanacaq sənayesini inkişaf etdirmişik", - deyə İtaliya rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi