Jay Koh: "İqlimə dayanıqlılıqla bağlı KOB-ların 600 milyon ABŞ dollarından çox vəsaitə ehtiyacı var"

Jay Koh: "İqlimə dayanıqlılıqla bağlı KOB-ların 600 milyon ABŞ dollarından çox vəsaitə ehtiyacı var" Kiçik və orta sahibkarlığın (KOB) uyğunlaşma və iqlimə dayanıqlılıqla bağlı 600 milyon ABŞ dollarından çox kreditə ehtiyacı var.
COP29
15 Noyabr , 2024 11:15
Jay Koh: İqlimə dayanıqlılıqla bağlı KOB-ların 600 milyon ABŞ dollarından çox vəsaitə ehtiyacı var

Kiçik və orta sahibkarlığın (KOB) uyğunlaşma və iqlimə dayanıqlılıqla bağlı 600 milyon ABŞ dollarından çox kreditə ehtiyacı var.

"Report" xəbər verir ki, bunu "Lightsmith Group" şirkətinin təsisçisi Jay Koh COP29 çərçivəsində keçirilən "Dayanıqlılıq Fəaliyyəti: 2030-cu ilə qədər İnklüziv İqlimə Uyğunlaşma və Dayanıqlılığa İnvestisiya" adlı tədbirdə deyib.

O bildirib ki, bu müəssisələrin kapitala çıxışı məhduddur, bununla kredit resurslarına ciddi ehtiyacları var: "Bu vəziyyəti nəzərə alaraq tərəfdaşlarımızla kredit strategiyası hazırlamağa qərar vermişik. Xüsusi kapitala və ya investisiyaya yönəlmiş ayrıca strategiyanın yaradılması, ayrıca texniki dəstək və kredit mexanizmi erkən yumşaldılma və karbon emissiyasının azaldılması səyləri zamanı baş verən səhvləri təkrarlamaq riski daşıyır. Ona görə də, kapitalı resurslar baxımından səfərbər etməyi və sistemli şəkildə bölüşdürməyi hədəfləyən vahid və transformasiyalı bir yanaşma ilə hərəkət edirik".

Son xəbərlər

Orphus sistemi