Azərbaycanda keçirilməsi planlaşdırılan COP29 konfransı Gürcüstana “yaşıl” investisiyalar üçün qapılar açır.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Asiya İnfrastruktur İnvestisiyaları Bankının vitse-prezidenti Konstantin Limitovski deyib.
O, COP29-un 11-22 noyabr tarixlərində keçiriləcəyini xatırladaraq qeyd edib ki, Qafqaz regionu Avropa və Asiyanın kəsişməsində yerləşir.
“Qafqaz regional əməkdaşlığa əhəmiyyətli təsir göstərir və transsərhəd qarşılıqlı əlaqə üçün böyük potensiala malikdir. Qafqaza əlavə diqqət ekoturizmin inkişafına və Gürcüstandakı ekoloji təşəbbüslərin dəstəklənməsinə kömək edə bilər”, - deyə o vurğulayıb.