Lüksemburqun ətraf mühit, iqlim və biomüxtəliflik naziri Serj Vilmes BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana səfərə gəlib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov
“[...] Serj Vilmes COP29-da iştirak etmək üçün nümayəndə heyəti ilə birlikdə Bakıya gəlib. Qalan günlər ən sınayıcı günlər olacaq. Azərbaycana xoş gəlmisiniz!”, – diplomat qeyd edib.
Xatırladaq ki, daha əvvəl Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Bakıya gəldiyini bildirmişdi.