Maina Talia: “Dəniz səviyyəsinin artması ilə bağlı təcili şəkildə addımlar atılmalıdır"

Maina Talia: “Dəniz səviyyəsinin artması ilə bağlı təcili şəkildə addımlar atılmalıdır" ​​​​​​​COP29 iqlim dəyişikliyi ilə mübarizdə maliyyə əlçatanlığı üçün mühüm əhəmiyyət kəsb edir
COP29
21 Noyabr , 2024 12:43
Maina Talia: “Dəniz səviyyəsinin artması ilə bağlı təcili şəkildə addımlar atılmalıdır

COP29 iqlim dəyişikliyi ilə mübarizdə maliyyə əlçatanlığı üçün mühüm əhəmiyyət kəsb edir.

"Report" xəbər verir ki, bunu Tuvalunun daxili işlər, iqlim dəyişikliyi və ətraf mühit naziri Maina Talia COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə COP29 çərçivəsində keçirilən “İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri (SİDS) və icmaların ekosistemləri” mövzusunda panel sessiyasında bildirib.

"İqlim dəyişikliyi Tuvaluda çox hiss olunur. Ada ölkəsi olan Tuvaluda bu dəyişikliyin birbaşa şahidi oluruq. Bizim ölkənin əhalisi iqlim dəyişikliyinə görə vətənlərini tək etməyə məcbur qalır. Amma bu, bizim üçün çox ağır, çətin qərardır", - o vurğulayıb.

Onun sözlərinə görə, hazırda dəniz səviyyəsinin artması ilə bağlı vəziyyət nəzarətdən çıxıb: "Bununla bağlı təcili şəkildə addımlar atılmalıdır. Növbəti onilliklərdə hansı hadisələrin baş verəcəyini bilmirik".

Nazir qeyd edib ki, COP29-da iqlim maliyyəsinə diqqət yetirilir: "Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri var. Bu mənada ümid işığı görürük. COP29 konfransı iqlim dəyişikliyi ilə mübarizədə maliyyə əlçatanlığı üçün mühüm əhəmiyyət kəsb edir".

Son xəbərlər

Orphus sistemi