“MAIRE" Fondu: Azərbaycanda enerji keçidinin təcili olması barədə məlumatlılıq yüksəkdir

“MAIRE" Fondu: Azərbaycanda enerji keçidinin təcili olması barədə məlumatlılıq yüksəkdir Azərbaycanda və Qazaxıstanda insanlar enerji keçidinin təcili olmasını dərindən dərk edirlər.
COP29
21 Noyabr , 2024 14:28
“MAIRE Fondu: Azərbaycanda enerji keçidinin təcili olması barədə məlumatlılıq yüksəkdir

Azərbaycan və Qazaxıstanda insanlar enerji keçidinin təcili olmasını dərindən dərk edirlər.

"Report" xəbər verir ki, bu sözləri Bakıda keçirilən COP29 çərçivəsində İtaliya pavilyonunda təqdimat zamanı “MAIRE” Fondunun baş direktoru İlaria Katastini deyib.

2024-cü ilin sentyabr və oktyabr ayları ərzində “MAIRE” Fondu hər iki ölkədən olan 2 min ali təhsilli şəxs və ictimai fikir lideri arasında sorğu keçirib.

“İnnovativ həllər tələb edən enerji keçidinin qarşıya qoyduğu çağırışlara cavab vermək üçün Azərbaycanda hesab edirlər ki, problemi həlletmə bacarıqları əsas amildir. Qazaxıstanda isə düşünürlər ki, tənqidi fikirləşmə bacarıqları kompleks məlumatların təhlilində, yanaşmaların qiymətləndirilməsində və əsaslandırılmış qərarların qəbul olunmasında mühüm əhəmiyyət kəsb edir”, - deyə Katastini bildirib.

“Azərbaycanda respondentlərin 55 faizi enerji keçidini prioritet hesab edirsə, Qazaxıstanda bu rəqəm 39 faizdir. Bu göstərici ətraf mühitlə bağlı problemlər və onların yaratdığı iqtisadi imkanlar haqqında artan məlumatlılığı əks etdirir və gələcək təşəbbüslər üçün münbit zəmin yaradır”, – deyə o əlavə edib.

Katastini, həmçinin vurğulayıb ki, Azərbaycandan olan respondentlərin 64 faizi (BƏƏ, Səudiyyə Ərəbistanı və Hindistan kimi ölkələri üstələyir), Qazaxıstandan olan respondentlərin isə 53 faizi (İtaliyanı, Böyük Britaniyanı, ABŞ-ı və Çini üstələyir) enerji keçidini iqlim dəyişmələri ilə mübarizədə vacib hesab edir.

Hər iki ölkədə respondentlərin 80 faizdən çoxu təlim və bacarıqların artırılmasını vacib məsələ kimi qeyd edirlər ki, bu göstərici də Hindistandakı göstəricidən 71 faiz, ABŞ-dakı və Cənubi Afrikadakı göstəricidən isə 75 faizdən çoxdur.

“Enerji keçidi Azərbaycanda və Qazaxıstanda işçi qüvvəsinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsini tələb edir ki, bu da həmişəkindən daha çox yaşıl iş yerlərinin açılmasına şərait yaradır”, - Katastini deyib.

“MAIRE” təşkilatının törəmə şirkətləri olan “NEXTCHEM” və “TECNIMONT” tərəfindən maliyyələşdirilən araşdırma nümayişinə görə, beynəlxalq ictimaiyyət getdikcə daha çox dərk edir ki, enerji keçidinin biznes və məşğulluq sahələrinin imkanlarını genişləndirə bilməsi üçün yeni bacarıqlar tələb olunur. Qısamüddətli çətinliklərə və məsrəflərə baxmayaraq, respondentlərin mütləq əksəriyyəti enerji keçidi üzrə səylərin uzunmüddətli əhəmiyyətini və müsbət təsirlərini qəbul etdiklərini bildiriblər.

“MAIRE” Fondunun araşdırması dörd qitədə aparılmaqla 12 ölkəni əhatə edib və beynəlxalq bazar araşdırması ilə məşğul olan IPSOS şirkəti ilə birgə 2 mindən çox müsahibə götürülüb.

“MAIRE” enerji keçidinə dəstək verən aparıcı texnologiya və mühəndis qrupu kimi çıxış edərək istehsal sənayesi ilə enerji resurslarının kəsişməsində fəaliyyət göstərir. Qrup dayanıqlı gübrələr, aşağı karbonlu enerji vektorları və dairəvi həllər kimi biznes istiqamətləri üzrə aşağı bazar üçün inteqrasiya edilmiş E&C həllər və davamlı texnologiyalar təklif edir. “MAIRE” 45 ölkədə fəaliyyət göstərir və bütün dünya üzrə 9 min 300-dən çox əməkdaşı var.

Son xəbərlər

Orphus sistemi