"Tottenham" Futbol Klubu yeni stadionun tikintisindən bu yana London iqtisadiyyatına 1 milyard funt sterlinq töhfə verib.
"Report" xəbər verir ki, bunu "Tottenhem" klubunun dayanıqlılıq üzrə meneceri Markus Peri (Marcus Perry) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən futbol və iqlim mövzusundakı tədbirdə deyib.
O bildirib ki, "Tottenhem"in Premyer Liqanın ən "yaşıl klubu" kimi tanınmasından qürur duyur: "Klubun Direktorlar Şurası 20 ildən artıqdır dəyişməyib və o, dayanıqlılıq yolunda liderliyi qoruyub saxlayırlar. 2021-ci ildə karbonun azaldılması istiqamətində yol xəritəmizi müəyyən etdik. Bizim diqqət etdiyimiz sahələrə enerji, işgüzar səfərlər, satınalma prosesləri daxildir. Biz, cəmiyyətimizlə əlaqələrimizi gücləndirməyə davam edirik. Həmçinin yüksək biomüxtəliflik işimizə görə mükafat da almışıq".
M. Peri əlavə edib ki, "Tottenham", biomüxtəlifliyin monitorinqi sistemlərini yaratmaqla ətraf mühitə təsiri başa düşməyə və mühafizə səylərini təkmilləşdirməyə çalışırıq.