Məcnun Məmmədov: "Hökumət fermerlərin sürətlə dəyişən dünyaya uyğunlaşmasını dəstəkləməyə sadiqdir"

Məcnun Məmmədov: "Hökumət fermerlərin sürətlə dəyişən dünyaya uyğunlaşmasını dəstəkləməyə sadiqdir" Azərbaycan hökuməti yerli fermerlərin sürətlə dəyişən dünyaya uyğunlaşmasını dəstəkləməyə sadiqdir.
COP29
19 Noyabr , 2024 17:29
Məcnun Məmmədov: Hökumət fermerlərin sürətlə dəyişən dünyaya uyğunlaşmasını dəstəkləməyə sadiqdir

Azərbaycan hökuməti yerli fermerlərin sürətlə dəyişən dünyaya uyğunlaşmasını dəstəkləməyə sadiqdir.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində təşkil edilmiş "Fermerlər üçün İqlim İşinin Yaradılması: Təsərrüfatda Təcrübələr və Konkret Həllər" adlı tədbirdə bildirib.

"Kənd təsərrüfatının gələcəyi innovasiya, texnologiya və inklüzivlikdədir. Bu məqsədlə biz fermerlərə məhsuldarlığı optimallaşdıran, resurslara qənaət edən, iqlimə davamlılığı artıran süni intellekt və rəqəmsal alətlər də daxil olmaqla qabaqcıl texnologiyaların mənimsənilməsinə kömək etmək üçün təşəbbüslərə üstünlük veririk. Bu irəliləyişlər təkcə məhsuldarlığı artırmaq üçün deyil, həm də davamlı kənd təsərrüfatı təcrübələrinin təməlini yaratmaq üçün vacibdir", - deyə o qeyd edib.

Nazir fermerləri, xüsusilə qadınları və gəncləri gücləndirməyə, həll yollarını bölüşməyə və qlobal ərzaq təhlükəsizliyinə töhfə verməyə həsr olunmuş Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünü dəstəkləməyə dəvət edib: "Bu təşəbbüs qlobal miqyasda fermerləri dəstəkləməyə yönəlmiş platformadır. Qarşılaşdığımız bütün problemlər getdikcə bir-birinə bağlı olduğundan, həll yollarımız da bir-birinə bağlıdır. Kənd təsərrüfatını gücləndirmək üçün çalışarkən biz həm də əməkdaşlığa diqqət yetirməliyik. Təşəbbüsün əsas prioritetlərindən biri COP-la bağlı təşəbbüslər arasında əməkdaşlığın artırılmasıdır, lakin iqlim-aqro-maliyyə əlaqəsinə töhfə verən bütün təşəbbüslər Harmoniyanın bir hissəsi ola bilər".

M.Məmmədov deyib ki, qlobal ərzaq təhlükəsizliyinə ehtiyac təcil, uyğunlaşma qabiliyyəti və birlikdə hərəkət etməyi tələb edir: "İrəliyə baxdığımız zaman aydın olur ki, bugünkü kənd təsərrüfatı bizim bu günə nə qədər uyğunlaşmağəmızdan asılıdır. Bizim innovasiyaları inteqrasiya etmək, insan potensialını və inklüzivliyi inkişaf etdirmək bacarığımız gələcək illərdə kənd təsərrüfatının uğurunu müəyyən edəcək. Gəlin bir-birimizi dəstəkləməyə davam edək, əkinçilik icmalarımızı gücləndirək".

Son xəbərlər

Orphus sistemi