Məhəmməd Nurunnabi: Azərbaycan və Səudiyyə Ərəbistanı iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq edə bilər

Məhəmməd Nurunnabi: Azərbaycan və Səudiyyə Ərəbistanı iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq edə bilər Azərbaycan və Səudiyyə Ərəbistanı iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq edə bilər.
COP29
23 Fevral , 2024 17:25
Məhəmməd Nurunnabi: Azərbaycan və Səudiyyə Ərəbistanı iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq edə bilər

Azərbaycan və Səudiyyə Ərəbistanı iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq edə bilər.

Bunu “Report”a müsahibəsində Dayanıqlılıq və İqlim üzrə Mərkəzin təsisçi direktoru, professor Məhəmməd Nurunnabi deyib.

Onun sözlərinə görə, “Səudiyyə Yaşıl Təşəbbüsü” (SGI) 2021-ci ildə başlayıb, bu, iqlim dəyişikliyi ilə mübarizə, həyat keyfiyyətinin yaxşılaşdırılması və planeti gələcək nəsillər üçün qorumaq məqsədli Krallığın iddialı milli təşəbbüsüdür: “Azərbaycan “Yaşıl Səudiyyə Ərəbistanı”nın təşəbbüslərinə baxa bilər və biz iqlim dəyişikliyi problemlərinin həllində bir-birimizə kömək etmək üçün onlardan bəziləri üzərində birlikdə işləyə bilərik”.

Professor vurğulayıb ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanının təhsil müəssisələri arasında davamlı inkişaf, ətraf mühit və iqlim üzrə tədqiqatlar, siyasi tövsiyələrin hazırlanması sahəsində də əməkdaşlıq imkanları mövcuddur.

Son xəbərlər

Orphus sistemi