Naftalanda COP29 çərçivəsində veloyürüş keçirilib

Naftalanda COP29 çərçivəsində veloyürüş keçirilib “Yaşıl dünya naminə həmrəylik ili”, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Azərbaycan Velosiped Federasiyasının, Naftalan Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Gən
COP29
2 İyul , 2024 14:39
Naftalanda COP29 çərçivəsində veloyürüş keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili”, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Azərbaycan Velosiped Federasiyasının, Naftalan Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə Naftalan-Suqovuşan-Naftalan istiqaməti üzrə veloyürüş təşkil olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, yürüşə müxtəlif yaş aralığında 25-dən artıq velosipedçi qatılıb.

Veloyürüş iştirakçıları başlanğıc nöqtəsi Naftalan şəhəri olmaqla, Suqovuşan istiqamətinə hərəkət edərək Naftalan şəhərinə qayıdıblar.

Onlar ümumilikdə 50 kilometrə qədər məsafəni qət ediblər. Yürüş şəhər sakinlərinin və turistlərin marağına səbəb olub.

Veloyürüş iştirakçıları Naftalan Şəhər İcra Hakimiyyətinin təşəkkürnamə və sertifikatları ilə təltif olunublar.

Son xəbərlər

Orphus sistemi