Nazir müavini: “Azərbaycan "yaşıl enerji zonaları"nın yaradılması üzrə pilot layihələrə başlayıb"

Nazir müavini: “Azərbaycan "yaşıl enerji zonaları"nın yaradılması üzrə pilot layihələrə başlayıb" Azərbaycan "Yaşıl enerji zonaları"nı milli inkişaf üçün əsas pilot layihə kimi müəyyən edib.
COP29
15 Noyabr , 2024 13:46
Nazir müavini: “Azərbaycan yaşıl enerji zonalarının yaradılması üzrə pilot layihələrə başlayıb
Orxan Zeynalov

Azərbaycan "Yaşıl enerji zonaları"nı milli inkişaf üçün əsas pilot layihə kimi müəyyən edib.

“Report” xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov COP29 çərçivəsində təşkil olunmuş. Enerji Təşəbbüsləri üzrə Nazirlər Görüşündə bildirib.

"Biz Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda xalis sıfır emissiyaya doğru ümummilli enerji keçidinin əsasını təşkil edəcək “Yaşıl enerji zonaları”nın yaradılması üzrə pilot layihələrə başlamışıq", - o qeyd edib.

Nazir müavini həmçinin bu təşəbbüsləri investorlar və beynəlxalq maliyyə təşkilatlarının dəstəkləməsinin vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi