Nazir müavini: Biomüxtəlifliyin azalması birbaşa iqlim dəyişikliyi ilə bağlıdır

Nazir müavini: Biomüxtəlifliyin azalması birbaşa iqlim dəyişikliyi ilə bağlıdır Nadir növlərin dəyişməsi, biomüxtəlifliyin azalması birbaşa iqlim dəyişikliyi ilə bağlıdır.
COP29
21 Noyabr , 2024 11:22
Nazir müavini: Biomüxtəlifliyin azalması birbaşa iqlim dəyişikliyi ilə bağlıdır
Vüqar Kərimov

Nadir növlərin dəyişməsi, biomüxtəlifliyin azalması birbaşa iqlim dəyişikliyi ilə bağlıdır.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov COP29 çərçivəsində “İqlim və biomüxtəliflik arasında əlaqə:dayanıqlı gələcək üçün inteqrasiya olunmuş həllər” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, iqlim dəyişmələrinin biomüxtəlifliyi də təsiri var:

"İqlim dəyişikliyi və onların canlı aləmə təsiri dünyanı narahat edir. Nadir növlərin dəyişməsi, biomüxtəlifliyin azalması birbaşa iqlim dəyişikliyi ilə bağlıdır".

Nazir müavini qeyd edib ki, qlobal temperaturun artması xəstəliklərin də çoxalmasına səbəb olur.

"İqlim dəyişikliyi meşə ekosisteminə də təsirsiz ötüşmür. Meşə yanğınları, xəstəliklərin artması sırf bu səbəbdən qaynaqlanır. İqlim dəyişikliyinin təsirlərinin azalmasında əsas prioritetlərdən biri də meşələrin qorunmasıdır", - V.Kərimov bildirib.

O əlavə edib ki, hazırkı bioloji müxtəlifliyin qlobal səviyyədə azalma nisbəti əvvəlkindən 100 dəfələrlə çoxdur və növbəti illərdə bu fərqin daha da artacağı gözlənilir: "Lakin heyvan və bitki növlərinin azalması və ya bir çox hallarda nəslinin kəsilməsi həm də insan fəaliyyətinin nəticəsidir".

Son xəbərlər

Orphus sistemi