Nazir Qazaxıstan səfiri ilə COP29-a hazırlığı müzakirə edib

Nazir Qazaxıstan səfiri ilə COP29-a hazırlığı müzakirə edib Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
COP29
22 Fevral , 2024 16:40
Nazir Qazaxıstan səfiri ilə COP29-a hazırlığı müzakirə edib

Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq imkanları müzakirə edilib, eyni zamanda Azərbaycanın bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi