Noe Van Hulst: İqlim dəyişikliyi ilə bağlı təhlükə güman ediləndən daha böyükdür

Noe Van Hulst: İqlim dəyişikliyi ilə bağlı təhlükə güman ediləndən daha böyükdür Noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) qlobal enerji keçidini sürətləndirmək üçün bəzi mühüm qərarların qəbul edilməsi gələcək irəliləyiş üçün çox vacibdir.
COP29
6 İyun , 2024 14:42
Noe Van Hulst: İqlim dəyişikliyi ilə bağlı təhlükə güman ediləndən daha böyükdür

Noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) qlobal enerji keçidini sürətləndirmək üçün bəzi mühüm qərarların qəbul edilməsi gələcək irəliləyiş üçün çox vacibdir.

Bu barədə “Report”a açıqlamasında hidrogen və yanacaq elementləri üzrə beynəlxalq tərəfdaşlığın vitse-prezidenti Noe Van Hulst bildirib.

Onun sözlərinə görə, bütün son ekspert hesabatları açıq şəkildə göstərir ki, iqlim dəyişikliyi ilə bağlı təhlükə əvvəllər güman ediləndən daha böyükdür: “Bunun əsas səbəbi beynəlxalq ekspertlərin fikrincə, qalıq yanacaqlardan istifadədir”.

Van Hulst qalıq yanacaqlara alternativ olaraq hidrogen yanacağından istifadə etməyi təklif edir: “Aşağı emissiyalı hidrogen iqtisadiyyatın müəyyən sektorlarını, xüsusən də sənaye və ağır yük daşıyan nəqliyyatı karbonsuzlaşdırmaq üçün istifadə edilə bilər”.

Onun fikrincə, beynəlxalq təşkilatlar “yaşıl keçid”in dəstəklənməsində böyük kömək göstərə bilər və COP sesiyaları iqlim məqsədlərinə nail olmaq üçün zəruri addımların razılaşdırılmasına kömək edə bilər: “COP sessiyaları dünya ictimaiyyətinin Paris Sazişində qarşıya qoyulan iqlim hədəflərinə çatmaq üçün nə qədər irəlilədiyimizi və başqa nə etmək lazım olduğunu qiymətləndirməsi üçün əla fürsətdir”.

Son xəbərlər

Orphus sistemi