Pakistan rəsmisi: İnkişaf etməkdə olan ölkələrlə birlikdə iqlim ədalətinə nail olunmasını tələb edirik

Pakistan rəsmisi: İnkişaf etməkdə olan ölkələrlə birlikdə iqlim ədalətinə nail olunmasını tələb edirik Pakistan inkişaf etməkdə olan digər ölkələrlə birlikdə iqlim maliyyəsinə çıxışın sadələşdirilməsi uğrunda mübarizə aparır.
COP29
14 Noyabr , 2024 12:05
Pakistan rəsmisi: İnkişaf etməkdə olan ölkələrlə birlikdə iqlim ədalətinə nail olunmasını tələb edirik

Pakistan inkişaf etməkdə olan digər ölkələrlə birlikdə iqlim maliyyəsinə çıxışın sadələşdirilməsi uğrunda mübarizə aparır.

Bu barədə “Report”a eksklüziv açıqlamasında Pakistanın Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit üzrə koordinatoru Romina Xurşid Alam bildirib.

O vurğulayıb ki, bu, inkişaf etməkdə olan bütün ölkələr üçün vacibdir, hələ yekun qərar olmasa da, danışıqlar fəal şəkildə davam edir.

"İqlim maliyyələşməsi məsələsinə gəlincə, inkişaf etmiş ölkələrin öz öhdəliklərini necə yerinə yetirəcəyi ilə bağlı bir çox suallar yaranır", - koordinator qeyd edib.

R.Xurşidin fikrincə, inkişaf etmiş ölkələr COP sammitlərində daim vədlər versələr də, onları yerinə yetirmir, bu isə Qlobal Cənub ölkələri üçün böyük problemdir.

"Bu, insan hüquqları və iqlim ədaləti sahəsində böyük problemdir. Buna görə də Pakistan inkişaf etməkdə olan digər ölkələrlə birlikdə iqlim ədalətinə nail olunmasını tələb edir", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi