Pan-Afrika İqlim Ədaləti Alyansı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Afrika ölkələri üçün iqlim ədalətinin təşviqi məqsədilə silsilə tədbirlər keçirib.
“Report” xəbər verir ki, görüş iştirakçıları Afrika dövlətlərinin qlobal iqlim gündəliyində rolunun gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə ekoloji cəhətdən dayanıqlı iqtisadiyyata keçidin maliyyələşdirilməsi, iqlim dəyişikliyinə uyğunlaşma və iqlim bərabərsizliyi ilə mübarizə məsələləri müzakirə edilib.
İqlim böhranının qitənin həssas icmalarına təsirinə xüsusi diqqət yetirilib. Təşkilatçılar həmçinin təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənəcəyinə ümid etdiklərini bildiriblər.
Foto: Samirə Həsənova