Pərviz Şahbazov: "Bərpa olunan enerji dəhlizləri qlobal inkişafda liderlik öhdəliyimizi əks etdirir"

Pərviz Şahbazov: "Bərpa olunan enerji dəhlizləri qlobal inkişafda liderlik öhdəliyimizi əks etdirir" Bərpa olunan enerji dəhlizləri Azərbaycanın təkcə enerji ixracını artırmaq deyil, həm də qlobal dayanıqlı inkişafda lider mövqe tutmaq öhdəliyini əks etdirir.
COP29
15 Noyabr , 2024 11:15
Pərviz Şahbazov: Bərpa olunan enerji dəhlizləri qlobal inkişafda liderlik öhdəliyimizi əks etdirir

Bərpa olunan enerji dəhlizləri Azərbaycanın təkcə enerji ixracını artırmaq deyil, həm də qlobal dayanıqlı inkişafda lider mövqe tutmaq öhdəliyini əks etdirir.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində təşkil olunmuş "Mərkəzi Asiya üçün Enerjiyə Keçid İnvestisiya Forumu"nda bildirib.

O deyib ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda "yaşıl enerji" zonalarının, həmçinin Xəzər dənizindən Avropaya "yaşıl enerji" çatdırmaq üçün diversifikasiya olunmuş enerji infrastrukturunun yaradılması ilə Azərbaycan region daxilində bərpa olunan enerji sahəsində strateji əhəmiyyətli layihələr həyata keçirir: "Bu səylər təkcə Azərbaycan üçün təmiz enerji gələcəyi qurmağa yönəlməyib, həm də regional və qlobal miqyasda "yaşıl enerji"nin artımını sürətləndirmək, maneələri aradan qaldırmaq məqsədi daşıyan 29 enerji təşəbbüsünün hərəkətverici qüvvəsidir. Azərbaycanın beş əsas komponentdən ibarət sərbəst enerji təşəbbüsü, bərpa olunan enerji gücünü üç dəfə artırmaq və enerji səmərəliliyini iki dəfə artırmaq üçün 28 öhdəliyin uğurla yerinə yetirilməsinə dəstək vermək üçün konkret həllər təqdim edir".

Nazirin sözlərinə görə, bu təşəbbüslərdən biri "yaşıl enerji" dəhlizləri və "yaşıl enerji" zonalarının yaradılmasını təşviq edən "Yaşıl Enerji Öhdəliyi"dir: "Yaşıl enerji" dəhlizləri bərpa olunan enerjinin böyük miqyasda ötürülməsi üçün effektiv həlldir, əsas istehlak mərkəzlərindən uzaqdakı yüksək potensial enerji resurslarından istifadəyə imkan yaradır. "Yaşıl enerji" dəhlizlərinin inkişafı üçün əsas prioritetlərə regional əməkdaşlığın gücləndirilməsi, müvafiq tənzimləyici çərçivə yaradılması, davamlı maliyyələşdirmə imkanlarının təmin edilməsi və HVDC kabel istehsalının genişləndirilməsi daxildir. Azərbaycan hazırda Xəzər dənizi-Qara dəniz-Avropa, Mərkəzi Asiya-Azərbaycan və Azərbaycan-Türkiyə-Avropa layihələrini həyata keçirir".

Son xəbərlər

Orphus sistemi