Qazaxıstan 2030-cu ilə qədər elektrik və hibrid nəqliyyat vasitələrinin payını artırmağı planlaşdırır

Qazaxıstan 2030-cu ilə qədər elektrik və hibrid nəqliyyat vasitələrinin payını artırmağı planlaşdırır Qazaxıstan 2030-cu ilə qədər elektrik və hibrid nəqliyyat vasitələrinin payını 30 %-ə çatdırmağı planlaşdırır.
COP29
20 Noyabr , 2024 13:32
Qazaxıstan 2030-cu ilə qədər elektrik və hibrid nəqliyyat vasitələrinin payını artırmağı planlaşdırır

Qazaxıstan 2030-cu ilə qədər elektrik və hibrid nəqliyyat vasitələrinin payını 30 %-ə çatdırmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev COP29 çərçivəsində keçirilən "Yaşıl şəhər nəqliyyatı" mövzusunda yüksək səviyyəli dəyirmi masada bildirib.

"Yaşıl şəhər nəqliyyatının inkişafı Qazaxıstan üçün təkcə ekoloji prioritet deyil, həm də dayanıqlı şəhər inkişafı strategiyamızın əsas elementidir. Biz ekoloji izi azaltmağa çalışırıq, çünki məhz şəhər nəqliyyatı qlobal istixana qazı emissiyalarına və havanın çirklənməsinə əhəmiyyətli töhfə verir", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi