Qazaxıstan rəsmisi: "Orta Dəhliz üzərindən yükdaşımaların ümumi 68 % artıb"

Qazaxıstan rəsmisi: "Orta Dəhliz üzərindən yükdaşımaların ümumi 68 % artıb" Bu ilin yanvar-oktyabr aylarında Orta Dəhliz üzərindən yükdaşımaların ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 68 % artaraq 3,8 milyon tona çatıb.
COP29
20 Noyabr , 2024 16:35
Qazaxıstan rəsmisi: Orta Dəhliz üzərindən yükdaşımaların ümumi 68 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Orta Dəhliz üzərindən yükdaşımaların ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 68 % artaraq 3,8 milyon tona çatıb.

"Report" xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev COP29 çərçivəsində təşkil olunmuş “Dayanıqlı və Rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənarda” mövzusunda nazirlərin dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, o cümlədən, son 1 ildə dəhlizdə konteyner daşımaları təxminən 3 dəfə artaraq 46,3 min ədəd təşkil edib.

Nazir müavini qeyd edib ki, Orta Dəhliz artıq qlobal nəqliyyat birliyi üçün regional əhəmiyyət kəsb edir: "Onun effektivliyinə infrastrukturun, o cümlədən yumşaq komponentlərin vəziyyəti, həm də bütün nəqliyyat növlərinin inteqrasiyası vasitəsilə multimodallığın inkişafı təsir göstərir. Dəhlizdə yükdaşımaların daşımaların həcmi artır".

Son xəbərlər

Orphus sistemi