Şəbnəm Allahverdiyeva: “Vyetnam şirkətlərinin COP29-da iştirakını səbirsizliklə gözləyirik”

Şəbnəm Allahverdiyeva: “Vyetnam şirkətlərinin COP29-da iştirakını səbirsizliklə gözləyirik” Vyetnam şirkətlərinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) və Azərbaycanda keçiriləcək digər tədbirlərdə iştirakını səbirsizliklə gözləyirik.
COP29
23 İyul , 2024 16:48
Şəbnəm Allahverdiyeva: “Vyetnam şirkətlərinin COP29-da iştirakını səbirsizliklə gözləyirik”

Vyetnam şirkətlərinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) və Azərbaycanda keçiriləcək digər tədbirlərdə iştirakını səbirsizliklə gözləyirik.

“Report” xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Şəbnəm Allahverdiyeva Azərbaycan və Vyetnam sahibkarları ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, Azərbaycan ekoloji cəhətdən “təmiz texnologiya”lar tətbiq edən və “yaşıl inkişaf”ı təşviq edən investorlara dəstək verir:

“Məlum olduğu kimi, Bakıda keçirilməsi planlaşdırılan COP29 çərçivəsində Ticarət və İnvestisiya Günü tədbiri və bu tədbir çərçivəsində ticarət və investisiya evi pavilyonunu təşkil etməyi planlaşdırırıq”.

Qeyd edək ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28-in plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi