Səfir: Beynəlxalq Məşvərət Şurası COP29 sədrliyi ilə sıx təmasda olacaq

Səfir: Beynəlxalq Məşvərət Şurası COP29 sədrliyi ilə sıx təmasda olacaq Beynəlxalq Məşvərət Şurası tədbirin uğurunu təmin etmək üçün COP29 sədrliyi ilə sıx təmasda olacaq.
COP29
16 İyul , 2024 14:45
Səfir: Beynəlxalq Məşvərət Şurası COP29 sədrliyi ilə sıx təmasda olacaq

Beynəlxalq Məşvərət Şurası tədbirin uğurla keçirilməsi üçün COP29 sədrliyi ilə sıx təmasda olacaq.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Oxford Net Zero” komitəsinin üzvü Cessika Omukuti, eləcə də Stratmor Universitetinin iqlim dəyişikliyi məsələləri üzrə lideri Hop Ncoroqe ilə tanışlığa şad oldum. Biz COP29 və ondan sonrakı dövr ilə bağlı tərəfdaşlıqları müzakirə etdik”, - paylaşımda qeyd edilib.

Xatırladaq ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

Son xəbərlər

Orphus sistemi