Sinqapurlu nazir iqlim böhranı ilə mübarizədə qəti tədbirlərə çağırış edib

Sinqapurlu nazir iqlim böhranı ilə mübarizədə qəti tədbirlərə çağırış edib Vəziyyətin qlobal qiymətləndirilməsi iqlim böhranı ilə mübarizədə qəti tədbirlərin təcililiyini və qlobal istiləşməni 1,5 dərəcə Selsi həddində saxlamağın vacibliyini aydın şəkildə göstərib.
COP29
19 Noyabr , 2024 14:51
Sinqapurlu nazir iqlim böhranı ilə mübarizədə qəti tədbirlərə çağırış edib

Vəziyyətin qlobal qiymətləndirilməsi iqlim böhranı ilə mübarizədə qəti tədbirlərin təcililiyini və qlobal istiləşməni 1,5 dərəcə Selsi həddində saxlamağın vacibliyini aydın şəkildə göstərib.

"Report"un məlumatına görə, bunu Sinqapurun dayanıqlı inkişaf və ətraf mühit naziri Qreys Fu COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib.

Nazir Qreys Fu iqlim maliyyələşməsinin məqsədlərdən fəaliyyətə keçid üçün vacibliyinə diqqət çəkib. "Biz yaşıl və keçid layihələrini dəstəkləmək üçün güzəştli kapitalın cəlb edilməsinə 500 milyon ABŞ dollarına qədər vəsait ayırmağı öhdəmizə götürmüşük. Bundan əlavə, Sinqapur karbon bazarlarının inkişafı üzərində fəal işləyir.

Karbon kreditlərinin ticarəti üçün etibarlı mexanizmlər yaradırıq və Paris Sazişinin prinsiplərinə ciddi riayət etməyə çalışırıq", - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi