İslam İnkişaf Bankı (IDB) COP27-də götürdüyü 13 milyard ABŞ dollarlıq iqlim maliyyəsi öhdəliyinin artıq 5,5 milyardını təmin edib.
"Report" xəbər verir ki, bunu IDB-nin nümayəndəsi Syed Husain Quadri COP29 çərçivəsində keçirilən “Xalis sıfır tərəqqinin qlobal görüntüsü: 2024 dairəvi karbon iqtisadiyyatı indeksindən anlayışlar” adlı tədbirdə çıxışı zamanı bildirib.
S.Quadri vurğulayıb ki, əsas məsələ bu vəsaitin hansı istiqamətlərə yönəldilməsini müəyyənləşdirməkdir:
“Bu məsələdə bizə Circular Carbon Economy Index (Dairəvi Karbon İqtisadiyyatı İndeksi) kömək edir. İndeksdəki təhlillər vasitəsilə hansı ölkənin hazırda nə vəziyyətdə olduğunu və onlara dəstək üçün nəyin lazım olduğunu aydın görə bilirik. Məsələn, Afrika ölkələrini gücləndirmək üçün regional bərpa olunan enerji əməkdaşlıq proqramına diqqət yetiririk”.