Türkiyə COP29-da uzunmüddətli İqlim Dəyişikliyi Strategiyasına dair qərarlarını açıqlayacaq

Türkiyə COP29-da uzunmüddətli İqlim Dəyişikliyi Strategiyasına dair qərarlarını açıqlayacaq Türkiyə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində 2053-cü il üzunmüddətli İqlim Dəyişikliyi Strategiyası ilə bağlı qərarlarını açıqlayacaq.
COP29
4 Noyabr , 2024 16:34
Türkiyə COP29-da uzunmüddətli İqlim Dəyişikliyi Strategiyasına dair qərarlarını açıqlayacaq
Murat Kurum

Türkiyə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) 2053-cü ilə qədər uzunmüddətli İqlim Dəyişikliyi Strategiyası ilə bağlı qərarlarını açıqlayacaq.

“Report” “Milliyət”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ekologiya və şəhərsalma naziri Murat Kurum deyib.

O bildirib ki, COP29-a kimi bu məsələ ilə bağlı “yol xəritəsi” hazırlanacaq:

“Bu gün COP29 çərçivəsində müzakirələr və təşəbbüslərlə bağlı fikir mübadiləsi aparacağıq. Təqdim edəcəyimiz “yol xəritəsi” və strategiya Türkiyənin qlobal iqlim dəyişikliyi böhranının həllinə ciddi töhfə olacaq”.

Son xəbərlər

Orphus sistemi