“URBAN CREW” şirkəti COP29 ərəfəsində “ACWA Power” şirkətinin rəsmi nümayəndəsidir
Noyabrln 11-22-də Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.
Bu, qlobal istiləşmənin qarşısının alınması, iqlim dəyişikliyinə uyğunlaşma və bu məqsədlər üçün maliyyələşmənin səfərbər edilməsi tədbirlərinin müzakirə olunacağı vacib bir tədbirdir.
Konfransın zamanı bir çox şirkətlər gücləndirilmiş iş rejimində işləyəcəklər.
“URBAN CREW” şirkəti də COP29 zamanı gücləndirilmiş iş rejimində çalışacaq. Belə ki, şirkət dünyanın ən böyük mineralsızlaşdırılmış su təchizatçısı olan “ACWA Power” şirkətinin məkan idarəetmə (DMC) işlərini yerinə yetirəcək, iştirakçıların rahatlığı və loqistika işlərində yüksək səviyyədə xidmət göstərəcək.
Bu barədə “URBAN CREW” şirkətinin direktoru Ülviyyə Cəlilzadə məlumat verib. O, bildirib: “ACWA Power” şirkətinin tərəfdaşı olmaq bizim üçün məsuliyyətli işdir. COP29 konfransı çərçivəsində məsuliyyətli iş həyata keçirəcəyik. Belə ki, “ACWA Power” şirkəti Bakıda keçiriləcək möhtəşəm COP29 tədbirinin Enerji və Su məsələləri üzrə rəsmi tərəfdaşı olaraq çox böyük tərbir həyata keçirəcək. Həmin tədbirin təşkilatçılığını, məkan idarəetməsi işlərini, iştirakçıların rahatlığı və loqistika işlərini “URBAN CREW” şirkəti həyata keçirəcək. Hal-hazırda tam sürətilə hazırlıq işlərimiz davam edir. İnanırıq ki, peşəkar komandamızla hər işi yüksək səviyyətə həyata keçirəcəyik”.
“URBAN CREW” şirkəti müxtəlif növ tədbirlərin təşkilini, tədbir məkanlarının rezervasiyasını, tədbirlərin logistikasını, qonaqların otellərə yerləşdirməsini, qonaqlar üçün daxili turların təşkilini, biznes müzakirələri üçün görüş otaqlarının və texniki dəstəyin təmin edilməsini həyata keçirir.