Umayra Tağıyeva: "COP29-da uzun illərdir açıq qalan iqlim maliyyəsi üzrə razılaşma əldə olunmalıdır"

Umayra Tağıyeva: "COP29-da uzun illərdir açıq qalan iqlim maliyyəsi üzrə razılaşma əldə olunmalıdır" Bu gün Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması və çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına yönələn işlər görülür.
COP29
18 Sentyabr , 2024 11:01
Umayra Tağıyeva: COP29-da uzun illərdir açıq qalan iqlim maliyyəsi üzrə razılaşma əldə olunmalıdır

Bu gün Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması və çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına yönələn işlər görülür.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva "Caspian Energy Forum"da çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dövlət ekoloji problemlərin həllinə böyük önəm verir və bu istiqamətdə əməli işlər görür: "Bu gün Azərbaycan dünyanın əsas prioritet hesab etdiyi "yaşıl keçid"in əsas iştirakçılarından biridir".

Nazir müavini qeyd edib ki, 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə karbon neytrallığına nail olmaq hədəfi qoyulub "Bu ərazilərdə yenidənqurma işləri ilə bərabər, eyni zamanda ekoloji bərpa məsələlərinə xüsusi diqqət ayrılır. Bu ərazilərdə minlərlə meşəsalma tədbirləri həyata keçirilir".

U. Tağıyeva qeyd edib ki, qlobal iqlim dəyişmələri ilə bağlı ən yüksək platforması olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cü sessiyasına ev sahibliyi etmək çox böyük məsuliyyətdir: ""Bütün ölkə bu mötəbər tədbirə hazırlaşır. COP29-a sədrliyimiz çərçivəsində qlobal iqlim gündəliyinin uzun illərdir açıq qalan iqlim maliyyəsi üzrə razılaşma əldə olunmalıdır. Dünyada kifayət qədər maliyyə resursları mövcuddur. Lakin qlobal miqyasda iqlim prroblemlərinin həlli üçün maliyyə axınlarının necə həll edilməsi və hara yönəldilməsi, necə xərclənməsi vacib məsələlərdən biridir. Bu maliyyənin düzgün yerlərə yönəldilməsi çox vacibdir".

Son xəbərlər

Orphus sistemi