“UN Women”: İqlim maliyyələşdirilməsində gender aspektləri nəzərə alınmalıdır

“UN Women”: İqlim maliyyələşdirilməsində gender aspektləri nəzərə alınmalıdır Gender bərabərliyi və iqlim dəyişikliyi ilə mübarizə bir-biri ilə sıx bağlıdır, buna görə də COP29-da qəbul edilən qərarların mərkəzində qadınların hüquq və imkanlarının genişləndirilməsi durmalıdır.
COP29
21 Noyabr , 2024 13:58
“UN Women”: İqlim maliyyələşdirilməsində gender aspektləri nəzərə alınmalıdır
Cemima Ndzuki

Gender bərabərliyi və iqlim dəyişikliyi ilə mübarizə bir-biri ilə sıx bağlıdır, buna görə də COP29-da qəbul edilən qərarların mərkəzində qadınların hüquq və imkanlarının genişləndirilməsi durmalıdır.

Bunu “Report”a eksklüziv açıqlamasında “UN Women”in iqtisadi hüquq və imkanların genişləndirilməsi şöbəsinin rəhbəri Cemima Ndzuki bildirib.

"İqlim maliyyələşməsi üzrə yeni Kollektiv Kəmiyyət Hədəfi gender aspektlərini nəzərə almalı və iqlim böhranı ilə mübarizənin ön cəbhəsində olan kütləvi və feminist təşkilatlar üçün əlçatan olmalıdır", - o qeyd edib.

C.Ndzuki vurğulayıb ki, qadınlar ev və qayğı işlərində ödənişsiz əməyin qeyri-mütənasib yükünü daşıyırlar ki, bu da iqlim dəyişikliyi səbəbindən daha da güclənir. Qadınlar belə işlərə kişilərlə mqayisədə orta hesabla 2,5 saat çox vaxt sərf edirlər.

Onun sözlərinə görə, “UN Women” hökumətlərlə fəal əməkdaşlıq edərək iqlim siyasətində gender bərabərliyinə, qadınların layiqli işə və sosial müdafiəyə çıxışına, həmçinin qayğı sistemlərinin transformasiyasına yönəlmiş tədbirləri təşviq edir.

"Biz uşaq mərkəzlərindən başlayaraq təmiz enerjiyə qədər qayğı infrastrukturuna investisiya qoyuluşunu təmin etməyə, həmçinin qayğı sektorunda çalışan qadınların bərabər əməyə görə eyni məvacibi alması üçün gender fərqini azaltmağa çalışırıq", - şöbə rəhbəri əlavə edib.

Son xəbərlər

Orphus sistemi