UNWTO: Azərbaycan turizmi iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır

UNWTO: Azərbaycan turizmi iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır Azərbaycan “Turizmdə İqlim Fəaliyyətinə dair Qlazqo Bəyannaməsi”nə qoşulmaqla iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır.
COP29
20 Noyabr , 2024 15:15
UNWTO: Azərbaycan turizmi iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır
Zoritsa Urosevic

Azərbaycan “Turizmdə İqlim Fəaliyyətinə dair Qlazqo Bəyannaməsi”nə qoşulmaqla iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır.

"Report" xəbər verir ki, bunu Ümumdünya Turizm Təşkilatının (UNWTO) İcraçı Direktoru Zoritsa Urosevic COP29 çərçivəsində təşkil olunmuş nazirlərin mətbuat konfransında bildirib.

“Tarixi hadisə baş verib - Azərbaycan ilk dəfə BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransının Fəaliyyət Gündəliyinə daxil olub. Təkmilləşdirilmiş İqlim Fəaliyyəti və Turizm üzrə təşəbbüslər turizmin qlobal iqtisadiyyata və iqlim dəyişikliyinə təsirini vurğulayır", - deyə o qeyd edib.

Bundan başqa, qonaq deyib ki, ötən il dünyada 1,3 milyard xarici və 7 milyard daxili turist qeydə alıb, turizm gəlirləri 3,4 trilyon ABŞ dolları təşkil edib, sektor qlobal ümumi daxili məhsulda (ÜDM) təxminən 3 % paya malik olub. Sektorun qlobal istixana qazı emissiyalarında payı isə 8,8 % təşkil edib ki, bu da birbaşa, dolayı və törəmə emissiyaları əhatə edir.

Z.Urosevic əlavə edib ki, turizm sektoru iqlim dəyişikliyinə həssaslığını nəzərə alaraq dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq aşağı karbonlu və iqlimə davamlı modelləri qəbul etməkdə qətiyyətlidir: “Bu istiqamətdə COP29 Prezidentliyinin təşviq etdiyi Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Bakı Bəyannaməsi sektorda yeni mərhələnin başlanğıcını göstərir. Son 20 gündə Bəyannaməni 50-dən çox hökumət və qeyri-hökumət nümayəndəsi imzalayıb. İmzaların toplanması COP30-a qədər davam edəcək".

Son xəbərlər

Orphus sistemi