Vahid Hacıyev: “Zəngilanda yaradılan infrastrukturla rayon elektrik enerjisi ilə tam təmin olunub”

Vahid Hacıyev: “Zəngilanda yaradılan infrastrukturla rayon elektrik enerjisi ilə tam təmin olunub” “Zəngilan işğaldan azad edildikdən sonra burada yaradılan infrastruktur hesabına rayon elektrik enerjisi ilə tam təmin olunub.
COP29
21 İyun , 2024 15:23
Vahid Hacıyev: “Zəngilanda yaradılan infrastrukturla rayon elektrik enerjisi ilə tam təmin olunub”

Zəngilan işğaldan azad edildikdən sonra burada yaradılan infrastruktur hesabına rayon elektrik enerjisi ilə tam təmin olunub.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

"Zəngilan növbəti dəfə mühüm beynəlxalq tədbirin - “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksək səviyyəli görüşün keçirildiyi məkana çevrilib. Qarabağ işğaldan azad edildikdən sonra “yaşıl enerji” zonası elan edilib. İndiyədək bu istiqamətdə çox işlər görülüb. Zəngilanda 42 MVt gücündə dörd su elektrik stansiyası tikilərək istifadəyə verilib. Onların sayəsində bütün Zəngilanı elektrik enerjisi ilə təmin edə bilərik. Bundan başqa, Ağalı kəndi ərazisində gücü 212 kVt olan “Arximed” turbinli tipli su elektrik stansiyası tikilib. Bu, SES bütün kəndi elektrik enerjisi ilə təmin edir”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi