BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanın beynəlxalq səhnədəki önəmli rolunu əks etdirir.
Bu fikirləri “Report”un Ankara bürosuna Vyetnam Sosialist Respublikasının Türkiyədəki səfiri Do Son Hai bildirib.
Səfir deyib ki, hazırda bütün dünyanın diqqətinin üzərində olduğu bu beynəlxalq tədbirdə iştirak üçün ölkəsinin rəhbərliyi də dəvət alıb: “Biz COP29-a dəvət olunmuşuq. Düşünürəm ki, ölkəmiz bütün dünya üçün ekoloji əhəmiyyəti olan bu tədbirdə yüksək səviyyədə təmsil olunacaq”.
Azərbaycanın ən mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayan səfirin fikrincə, rəsmi Bakı COP29-un da öhdəsindən layiqincə gələcək.