Yalçın Rəfiyev: "Adaptasiya iqlim gündəmində əlavə seçim deyil, təcili zərurətdir"

Yalçın Rəfiyev: "Adaptasiya iqlim gündəmində əlavə seçim deyil, təcili zərurətdir" Adaptasiya artıq iqlim gündəmində əlavə seçim deyil, təcili zərurətdir.
COP29
19 Noyabr , 2024 15:36
Yalçın Rəfiyev: Adaptasiya iqlim gündəmində əlavə seçim deyil, təcili zərurətdir
Yalçın Rəfiyev

Adaptasiya artıq iqlim gündəmində əlavə seçim deyil, təcili zərurətdir.

"Report" xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev tədbir çərçivəsində təşkil olunmuş "Milli Adaptasiya Planlarının hazırlanması və icrasında irəliləyişlər: Adaptasiya tədbirlərinin sürətləndirilməsi" adlı tədbirdə bildirib.

"İqlim dəyişiklikləri artıq buradadır. Onun təsirləri dünyanın müxtəlif bölgələrində artan intensivliklə hiss olunur, mövcud həssaslıqları artırır və daha çox insan həyatına son qoyur. Dəniz səviyyəsinin yüksəlməsindən tutmuş ekstremal hava hadisələrinə, quraqlıq və daşqınlara qədər problemlər olduqca böyükdür. Qlobal İcmal göstərir ki, adaptasiya səylərimizdə geri qalırıq. Buna görə də, adaptasiya əvvəllər olmadığı qədər siyasi iradə tələb edir. Biz qlobal miqyasda adaptasiya səylərini sürətləndirmək üçün təcili hərəkət etməli, ona lazımi diqqət və dəstək göstərməliyik. Biz adaptasiya üzrə qlobal məqsədin, o cümlədən qlobal iqlim davamlılığı üçün BƏƏ çərçivəsinin həyata keçirilməsinə nail olmalıyıq", - deyə o qeyd edib.

Nazir müavini əlavə edib ki, Milli Adaptasiya Planları (NAP) iqlim adaptasiya gündəmi üçün mühüm əhəmiyyət daşıyır.

"NAP-lar milli səviyyədə iqlim dəyişikliklərinə qarşı dayanıqlıq yaratmaq üçün vacib vasitədir. Biz 2025-ci il mərhələsinə yaxınlaşdıqca, bütün tərəflərin NAP-ı tamamlamasının gözlənildiyi zaman, fəaliyyəti sürətləndirmək və yerində real, ölçülə bilən irəliləyişlər əldə etmək zərurətini bir daha xatırlayırıq. Eyni zamanda, NAP-lar yalnız planlaşdırma alətləri deyil, həm də ölkələrin öz həssaslıqlarını daha yaxşı anlamağa, zəruri resurslarını səfərbər etməyə, son nəticədə iqlim dəyişikliklərinə qarşı dayanıqlığını gücləndirməyə imkan verən icra planlarıdır", - deyə Y.Rəfiyev vurğulayıb.

O, həmçinin inkişaf etməkdə olan ölkələrin maliyyəyə çıxışda üzləşdiyi çətinliklərə diqqət çəkib: "Qlobal İcmal göstərir ki, inkişaf etməkdə olan ölkələr NAP-ın və adaptasiya üzrə məlumatların icrası üçün maliyyəyə çıxışda əhəmiyyətli çətinliklərlə üzləşir. COP29 Sədarəti fondlara davamlı və artan töhfələrin verilməsi üçün təcili ehtiyacın olduğunu vurğulayıb və biz həmçinin bu fondlarla adaptasiya maliyyəsinin funksionallığını təkmilləşdirmək üçün işləyirik. Biz həmçinin fondlardan NDC-lərə dəstəyi sürətləndirməyə çağırırıq. Səylərimiz bununla məhdudlaşmamalıdır. Biz NAP-ların həyata keçirilməsini təmin etmək üçün birlikdə çalışmalıyıq. Bunun üçün dəstək artırılmalı, ehtiyacı olan ölkələr üçün potensiallar genişləndirilməlidir. Məmnuniyyətlə bildirmək istəyirəm ki, bu ayın əvvəlində Azərbaycan öz NAP-ını təqdim edib".

Y.Rəfiyev əlavə edib ki, bu platforma yalnız irəliləyişlərin nümayişi deyil, həm də son onillikdə öyrənilən dərsləri bölüşmək üçün bir vasitədir: "Bütün tərəfləri 2025-ci ilə qədər NAP-ı təqdim etməyə çağırırıq ki, 2030-cu ilə qədər onların icrasında əhəmiyyətli irəliləyiş əldə edilsin. Bu planlar ən yaxşı təcrübələrin paylaşılması, texnologiya ötürülməsi və ambisiyaların dəstəklənməsi istiqamətində yol göstərəcək".

Son xəbərlər

Orphus sistemi