COP29 sədrliyi tərəflərin Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) müxtəlif elementləri üzrə bir-biri ilə qarşılıqlı fəaliyyətə başladığına dair ümidverici əlamətlər müşahidə edir.
“Report” xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Bakıda COP29-da keçirilən mətbuat konfransında bildirib.
"NCQG üzrə danışıqlara gəlincə, biz tərəfləri bir-biri ilə birbaşa ünsiyyət qurmağa və birgə həll yollarının hazırlanmasında məsuliyyət götürməyə çağırdıq. Məmnunluqla bildirirəm ki, tərəflərin hədəfin müxtəlif elementləri üzrə qarşılıqlı əlaqəyə başladığına dair ümidverici əlamətlər müşahidə edirik", - o deyib.
Y.Rəfiyev qeyd edib ki, hazırda iş tempi həddindən artıq aşağıdır: "Biz həll olunmamış bir çox məsələləri qoyub onların müzakirəsini siyasi səviyyədə sammitə saxlaya bilmərik. Hər kəsi öz işini aktivləşdirməyə və NCQG sahəsində əhəmiyyətli irəliləyişə nail olmaq zərurətinə diqqət yetirməyə çağırırıq".