Yamaykalı mütəxəssis: Hazırda iqlim maliyyə öhdəliklərinin yerinə yetirilməsinə ehtiyac var

Yamaykalı mütəxəssis: Hazırda iqlim maliyyə öhdəliklərinin yerinə yetirilməsinə ehtiyac var Hazırkı danışıqlar kontekstində iqlim maliyyə öhdəliklərinin yerinə yetirilməsinə ehtiyac var.
COP29
15 Noyabr , 2024 10:37
Yamaykalı mütəxəssis: Hazırda iqlim maliyyə öhdəliklərinin yerinə yetirilməsinə ehtiyac var

Hazırkı danışıqlar kontekstində iqlim maliyyə öhdəliklərinin yerinə yetirilməsinə ehtiyac var.

"Report" xəbər verir ki, bunu Yamaykanın Hüquq və İqtisadiyyat İnstitutunun (ILE) direktoru, iqlim dəyişmələri üzrə mütəxəssis Maryama Uilyams "İqlim Ədaləti üçün Qlobal Kampaniya" adlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əslən Afrikadan olan insanlar Amerikada, Avropada və ya Asiyada, harada yerləşməsindən asılı olmayaraq iqlim dəyişikliyindən əziyyət çəkirlər:

"Biz torpaq itkisindən əziyyət çəkən, çirklənmiş və toksik ərazilərin yaxınlığında yaşayan, tənəffüs yolu, ürək xəstəliklərindən əziyyət çəkən insanlarıq. Biz iqlim dəyişikliyindən ciddi şəkildə əziyyət çəkirik. Xüsusilə hazırkı danışıqlar kontekstində onların iqlim maliyyə öhdəliklərini yerinə yetirmələrinə ehtiyacımız var. Təkcə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) deyil, həm də 100 milyard dollarlıq kəsiri həll etmək lazımdır".

Ekspert həmçinin bildirib ki, makroiqtisadi siyasətlərin idarə edilməsi institutlarında ədalət, həmçinin iqlim ədaləti sistematik şəkildə tətbiq olunmalıdır:

"Çünki makroiqtisadi siyasətlər yoxsulluğun artmasında və inkişaf etməkdə olan ölkələrin malik olmalı olduğu fiskal məkana təsir göstərməkdə günahkardır. Beləliklə, ticarət və borc məsələlərində də hərəkət görmədiyimiz təqdirdə yeni töhfə verənlər haqqında bu məkanda deyilənləri qəbul edə bilmərik".

Son xəbərlər

Orphus sistemi