Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 15 illiyi münasibətilə Azərbaycan Respublikasında gender problemlərinin həlli və sosial yönümlü siyasətin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
“Tərəqqi” medalı ilə
Əliyeva Kamila Ağadadaş qızı
Sadıqova Zülfiyyə İsa qızı
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Alışanova Şölə Tofiq qızı
Haqverdiyeva Kəmalə Kamil qızı
Həsənov Zöhrab Məhyəddin oğlu
Məmmədov Seymur Qurban oğlu.