Prezident İlham Əliyev Altay Həsənovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Altay Tofik oğlu Həsənov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Altay Həsənov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisidir. Bu gün onun 60 yaşı tamam olur.