Antiterror tədbirlərindən sonra evlərə və obyektlərə baxış keçirilən zaman xeyli tələ-minalar və partlayıcı qurğular aşkarlanıb.
Bunu "Report"un sualını cavablandırarkən ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.
Onun sözlərinə görə, mütəxəssis olmayan şəxs həmin əraziyə getsəydi, böyük partlayış ola bilərdi: "Hazırkı mərhələdə əsas işimiz ərazidə fəaliyyət göstərən dövlət qurumlarının təhlükəsizliyini təmin etmək, onları müşayiət etməkdir".
V.Süleymanov həmçinin deyib ki, Azərbaycanda artıq iki model minatəmizləmə maşını istehsal olunur.