"ASAN xidmət"ə 80 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.
"Report" xəbər verir ki, bu müraciət 3 saylı "ASAN xidmət" mərkəzinə Könül Hadıyeva tərəfindən edilib.
Belə ki, o, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən doğumun qeydə alınması xidmətindən yararlanıb.
80 milyonuncu müraciətin sahibi kimi Könül Hadıyevaya təşəkkürnamə və ABAD-çı tərəfindən hazırlanmış simvolik hədiyyə təqdim olunub.