Ayaz Mütəllibov I Fəxri xiyabanda dəfn edilib

Ayaz Mütəllibov I Fəxri xiyabanda dəfn edilib Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovla vida mərasimi keçirilir.
Daxili siyasət
28 Mart , 2022 14:43
Ayaz Mütəllibov I Fəxri xiyabanda dəfn edilib

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov I Fəxri xiyabanda torpağa tapşırılıb.

“Report” xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, ictimai xadimlər, mərhumun ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, A.Mütəllibov uzun sürən xəstəlikdən sonra ötən gün 84 yaşında dünyasını dəyişib.

14:25

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovla vida mərasimi keçirilib. 

"Report" xəbər verir ki, mərhumun cənazəsi dəfn olunmaq üçün I Fəxri xiyabana aparılır. 

13:11

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovla vida mərasimi keçirilir.

“Report” xəbər verir ki, vida mərasimində ictimai xadimlər, mərhumun ailə üzvləri iştirak edirlər.

Vida mərasimi bitdikdən sonra cənazə dəfn olunmaq üçün I Fəxri xiyabana aparılacaq.

Qeyd edək ki, A.Mütəllibov uzun sürən xəstəlikdən sonra ötən gün 84 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Ayaz Mütəllibov 12 may 1938-ci ildə Bakıda anadan olub. O, 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1958-ci ildə elmi-tədqiqat institutu bürosunun böyük texnik-konstruktoru kimi başlayıb. 1959-1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, direktor işləyib. 1974-cü ildən "Bakelektroməişətmaş" istehsalat birliyinin baş direktoru olub.
1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvü olub. 1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990-cı ilin may ayının 18-də Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan SSR prezidenti seçilib.
1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olub. 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. O, 1992-ci il martın 6-da vəzifəsindən istefa verib.

Həmin vaxtdan etibarən - 1992-ci ildən 2012-ci ilə qədər Rusiyanın paytaxtı Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycana qayıdıb.

Son xəbərlər

Orphus sistemi