Azad olunan ərazilərdə ötən həftə zərərsizləşdirilən mina sayı açıqlanıb

Azad olunan ərazilərdə ötən həftə zərərsizləşdirilən mina sayı açıqlanıb Azad olunan ərazilərdə iyulun 11-21-də 67 tank əleyhinə mina, 37 piyada əleyhinə mina, 181 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Daxili siyasət
22 İyul , 2024 14:32
Azad olunan ərazilərdə ötən həftə zərərsizləşdirilən mina sayı açıqlanıb

Azad olunan ərazilərdə iyulun 15-21-də 67 tank əleyhinə mina, 37 piyada əleyhinə mina, 181 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1673.7 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) həyata keçirib.

Son xəbərlər

Orphus sistemi