Azərbaycan sərhədçiləri “Laçın” sərhəd-buraxılış məntəqəsində Qarabağın erməniəsilli sakinlərinə su və şirniyyat paylayıb.
Bu barədə “Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir.
Belə ki, hazırda məntəqədə erməniəsilli sakinlərin Ermənistan istiqamətində hərəkət etməsində müəyyən ləngimələr var. Ona görə də Azərbaycan sərhədçiləri qadın və uşaqlara, eləcə digərlərinə su, şokolad və şirniyyat paylayır.
Qeyd edək ki, Xankəndini tərk edən erməniəsilli şəxslər “Laçın” sərhəd-buraxılış məntəqəsindən öz şəxsi avtomobilləri ilə Ermənistan istiqamətində sərbəst şəkildə keçid edirlər.
Həmçinin onların təhlükəsiz və maneəsiz hərəkət etməsi üçün işlər görülür. Bu, bir daha Azərbaycan tərəfinin və sərhədçilərinin humanistliyindən xəbər verir.