Azərbaycanda daha 2 siyasi partiyaya ofis verilib

Azərbaycanda daha 2 siyasi partiyaya ofis verilib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təminatı p
Daxili siyasət
11 Avqust , 2021 14:27
Azərbaycanda daha 2 siyasi partiyaya ofis verilib

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təminatı prosesi davam etdirilir.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda, həmçinin deyilir ki, ötən gün nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti daha 2 siyasi partiyaya fəaliyyət göstərmələri üçün ofis təqdim edib.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev və Yeni Zaman Partiyasının sədri Musa Ağayev fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.

Son xəbərlər

Orphus sistemi