Azərbaycanda elektron səsvermənin tətbiqi nəzərdən keçirilə bilər

Azərbaycanda elektron səsvermənin tətbiqi nəzərdən keçirilə bilər “Gələcəkdə Azərbaycanda elektron səsvermə sisteminin tətbiqi nəzərdə tutulur”.
Daxili siyasət
2 Oktyabr , 2021 18:41
Azərbaycanda elektron səsvermənin tətbiqi nəzərdən keçirilə bilər

“Gələcəkdə Azərbaycanda elektron səsvermə sisteminin tətbiqi nəzərdən keçirilə bilər”.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Bəxşeyiş Əsgərov deyib.

Onun sözlərinə görə, ölkədə keçirilən seçkilərdə innovativ vasitələrin tətbiqindən heç vaxt çəkinilməyib: “Bu günə qədər seçkilərdə innovativ həllərdən ilk olaraq Azərbaycanda istifadə edilib. Seçki məntəqələrində videokameraların quraşdırılması ilk dəfə Azərbaycanda tətbiq olundu. Daha sonra bu təcrübədən Rusiya və Gürcüstan da yararlandı”.

MSK üzvü qeyd edib ki, hər bir ölkənin öz inkişaf ənənələri var: “Hər bir səsvermə qaydasının öz müsbət və mənfi cəhətləri olur. Bu sahədə ən yaxşı təcrübələr nəzərə alınmaqla, gələcəkdə Azərbaycanda da ən yeni innovativ həllərin tətbiqi nəzərdən keçirilə bilər”.

Qeyd edək ki, Gürcüstanda bu gün keçirilən yerli seçkilərdə ilk dəfə olaraq elektron səsvermə sistemi Tbilisinin Krtsanisi rayonunda pilot layihə kimi tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi