“Azərbaycanda iki vacib normativ aktın təsdiq olunması gözlənilir. Bunlardan biri kritik informasiya resurslarının təhlükəsizliyi ilə bağlıdır”.
“Report”un xəbərinə görə, bu fikirləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev bu gün Bakıda keçirilən “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammitində çıxışı zamanı deyib.
O həmçinin bildirib ki, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasının da təsdiq olunması gözlənilir.