Azərbaycanda nikahlar azalıb, boşanmalar artıb.
Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-avqust aylarında 33836 nikah və 14544 boşanma halları qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,0-dan 5,0-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,2-yə qədər artıb.