Azərbaycandakı siyasi partiya sədrlərinin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil ediləcək.
Bu barədə “Report”a Ağ Partiya sədri Tural Abbaslı məlumat verib.
O bildirib ki, səfərin təşəbbüskarı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsidir:
“Səfərin ayın 17-də təşkil edilməsi gözlənilir. Marşrut xətti ilə bağlı isə bizə hələ məlumat verilməyib”.