Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində səsvermə prosesi bitib.
Bu barədə "Report"a Azərbaycanın Çindəki səfirliyindən bildirilib.
Qeyd edilib ki, Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 44 saylı seçki məntəqəsində yerli vaxtla səhər saat 08:00-da başlayan səsvermə axşam saat 19:00-da başa çatıb.
"Səfirlikdə konsulluq qeydiyyatında olan vətəndaşlarımız, “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Pekin-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuş və kabin heyəti və müxtəlif səbəblərdən seçki günü Pekin şəhərində olan seçicilər də səsvermədə iştirak ediblər. Bayram əhvali-ruhiyyəsində keçirilən seçkilərdə Azərbaycan vətəndaşları xüsusi fəallıq nümayiş etdiriblər", - məlumatda vurğulanıb.
Azərbaycanın Çindəki səfirliyində yerli vaxtla saat 08:00-dan etibarən prezident seçkilərində səsvermə başlanıb.
Bu barədə "Report"a Azərbaycanın Çindəki səfirliyindən bildirilib.
Qeyd olunub ki, səfirlikdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 44 saylı seçki məntəqəsi yaradılıb.
"Vətəndaşlarımız səhər saatlarından başlayaraq seçki məntəqəsinə gəlirlər. Hazırda seçicilərin xüsusi fəallığı müşahidə olunur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra ölkəmizdə keçirilən ilk növbədənkənar prezident seçkiləri ölkə hüdudlarından kənarda yaşayan vətəndaşlarımız üçün də xüsusi əhəmiyyət kəsb edir. Suveren, müstəqil və ərazi bütövlüyü bərpa olunmuş Azərbaycan vətəndaşları seçkilərə bayram əhval ruhiyyəsində qatılırlar", - Azərbaycanın diplomatik missiyası vurğulayıb.