Azərbaycanın şimal rayonlarında ulu öndərin xatirəsi yad edilib

Azərbaycanın şimal rayonlarında ulu öndərin xatirəsi yad edilib Quba, Qusar, Siyəzən və Şabran rayonlarında Azərbaycan dövlətinin memarı, qurucusu və xilaskarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Daxili siyasət
12 Dekabr , 2022 14:47
Azərbaycanın şimal rayonlarında ulu öndərin xatirəsi yad edilib

Quba, Qusar, Siyəzən və Şabran rayonlarında Azərbaycan dövlətinin memarı, qurucusu və xilaskarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

"Report"un Şimal bürosu xəbər verir ki, hər dörd rayonda keçirilən anım mərasimlərində yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarının rəhbərləri, eləcə də idarə, müəssisə və təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirlər zamanı ulu öndər Heydər Əliyevin qeyd olunan rayonların mərkəzində ucaldılmış abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Ziyarətçilər ümummilli liderin xatirəsini dərin ehtiramla yad ediblər.

Ulu öndərin abidəsi önündə çıxış edənlər bildiriblər ki, ölkədə ictimai-siyasi sabitliyi bərpa edən, ölkəni durğunluq vəziyyətindən çıxararaq güclü iqtisadiyyata sahib bir dövlətə çevirən Heydər Əliyevin adı Azərbaycan xalqının qəlbində daim yaşayacaq.

Səhər saatlarından başlayan ziyarət rayon ictimayyəti tərəfindən günün sonunadək davam edəcək.

Son xəbərlər

Orphus sistemi